Bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"Nazirlər Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış normallaşmaya nail olmaq məqsədilə Cənubi Qafqazdakı vəziyyətə diqqət yetirəcəklər", - məlumatda deyilir.
İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri həmçinin Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilindəki əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.
"Ümid edirik ki, qarşıdan gələn görüş konstruktiv şəkildə keçəcək, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - məlumatda bildirilib. (Report)