21.05.2024, 12:32
AZ EN
23.08.2023, 14:23 208

Ararat Mirzoyan yenə sərsəmləyib

XƏBƏRLƏR
  • "Hraparak"ın xəbərinə görə dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT sədrinin tapşırığı ilə İrəvana gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Görüş zamanı Laçın dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb. Erməni nazir adəti üzrə Xankəndidə guya humanitar fəlakət hökm sürdüyünü, oradakı ermənilərin hüquqlarının pozulduğunu və soyqırımı ərəfəsində olduqlarını vurğulayıb, ATƏT nümayəndəsi isə problemin həlli üçün əlindən gələni edəcəyini bildirib.

Nəsib

Oxşar xəbərlər