- "Hraparak" xəbər yayıb ki, Qarabağdan köçən hayların fəallarından biri, separatçı rejimin qalıqlarından olan Artak Beğlaryanın təşəbbüsü ilə yanvarın 17-də saat 11:30-da BMT-nin Ermənistandakı ofisinin yanında Azərbaycan əleyhinə etiraz aksiyası keçiriləcək, sonra isə xarici işlər nazirliyinin binasına yürüş olacaqdır.
Əlavə olunub ki, aksiyada məqsəd Bakıda çay içən separatçı, terrorçu hayların sərbəst buraxılmasına nail olmaqdır.
Gülməli təşəbbüsdür!
Nəsib