14.03.2025, 09:37
AZ EN
13.01.2025, 10:21 147

Paşinyan SMS vasitəsilə işləyir

XƏBƏRLƏR
  • Hakop Simidyan adlı erməni baş nazir Nikol Paşinyanın təkcə velosiped həvəskarı deyil, həm də Tik-Tok və SMS həvəskarı olduğuna dair gedən söhbətlərlə bağlı açıqlama verib.

O, deyib ki, 2021-ci il dekabrın 10-da baş nazirin göndərdiyi mesajda ətraf mühitin mühafizəsi naziri təyin olunduğu yazılmışdı. Sevinib və düşünüb ki, daha bir SMS alıb baş nazirin qəbuluna gedəcək. Ancaq gözləntisi dilxorluqla əvəzlənib. Belə ki, cəmi bir gün sonra nazir vəzifəsindən azad olunduğu barədə SMS alıb.

Digər şəxslərlə də analoji olay yaşandığını xatırladan bir günlük nazir xatırladıb ki, Nikol Paşinyan nazirlərə əmr və göstərişlərini məhz SMS-lə çatdırır.

Yəqin bu da erməni xəstəliyinin yeni sindromudur.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR