Bu barədə müxalif funksioner, sabiq spiker müavini Eduard Şarmazanov öz FB səhifəsində paylaşım edib. Paşinyanın özü isə Cənab İlham Əliyevin müsahibəsindəki fikirlərə münasibətini Ermənistanın rəsmi informasiya vasitəsi olan Armenpresə açıqlayıb və o, həmişə olduğu kimi, necə deyərlər, öz gözlərindəki tiri görmədən başqasının gözündə tük axtarmağa başlayıb. O, reallığı hələ də dərk və etiraf etmədiyindən yenə də özünü çirkli sudan quru çıxartmağa çalışsa da alınmayıb.
Sülh sazişinin imzalanmasının uzadılmasına nail olmaq məqsədi ilə daim yeni bəhanələrlə çıxış edən Ermənistanın Cənab Prezidentimiz tərəfindən haqlı olaraq faşist dövləti adlandırılması ilə bağlı müxbir sualına da əsl hay hiyləgərliyi ilə cavab verən baş nazir deyib ki, İrəvan-Sədərək- Ordubad-Meğri-Zəngilan dəmiryolunun açılması üçün Ermənistanın öz təklifi var, amma Azərbaycan öz istəyində israrlıdır.
Müxbirin Qərbi azərbaycanlıların geri qayıtmalarına münasibət öyrənmək üçün verdiyi sualı cavablandırmayan Nikol Paşinyan yenə də həmin suala heç bir aidiyyatı olmayan və ümumi sözlərdən ibarət fərziyyələr söyləyib.
N.Qaramanlı