31.07.2025, 22:29
AZ EN
29.12.2023, 11:09 392

Qarabağdan köçən haylar geri qayıtmayacaqlar

XƏBƏRLƏR
  • Bir günlük lokal antiterror əməliyyatında diz çökən separatçı rejimin rəhbərinin imzaladığı "fərman"ı İrəvana çatan kimi ləğv edəcəyini bildirən Samvel Şahramanyanın təkcə separatçı deyil, həm də soyuna mənsub hiyləgərlik digərlərində də özünü açıq şəkildə göstərir. Özünü "deputat" adlandıran separatçı Metakse Hakopyanın dünən İrəvanda mətbuat konfransında söylədiyi fikirlər də məhz bu toplumun revanşçı olduğunu isbatlayır.

O,"ədalət və qayıdış" adlandırılan separatçı birliyin rəhbəri kimi bəyan edib ki, guya "arsax" xəyanətin təticəsində boşalıb, amma geriyə qayıdış mütləq "baş tutacaqdır". Jurnalistin "bəs, siz orada idiniz, deyirdiniz ki, ölərik, çıxmarıq, amma Xankəndini ilk tərk edənlərdən biri şəxsən Siz oldunuz. İndi qayıtmaq bərədə düşünür və əhalini mitinqlərə çağırırsınız. Mən bunu revanş yox, boş vaxt keçirmək adlandırardım. İstəyirsiniz məni də satqın adlandırın, amma mən reallığı deyirəm: heç bir "arsaxlı" geri qayıtmayacaq.

Videoçarxı Arm.NewsNor yayıb.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR