09.06.2025, 12:58
AZ EN
05.08.2024, 10:06 394

Politoloq yenə aranı qarışdırır

XƏBƏRLƏR
  • Dünyada baş verən olaylara sağlam məntiqlə deyil, bir qayda olaraq milli, dini ayrıseçkilik mövqeyi ilə münasibət göstərən "politoloq" Suren Surenyans avqustun 4-də "Hraparak"da paylaşılmış yazısında iqtidarın sülh danışıqları ilə fəaliyyətini dəstəkləyənlərə qarşı kəskin münasibət bildirib.

O, Tatul Asliyan adlı polisin adi vətəndaş mövqeyinə qarşı çıxaraq onu "Bakı arzusunda olan nikolçu" adlandıraraq deyib ki, COP29-da iştirak etmək əvəzinə onu boykot etmək daha yaxşı variantdır. Azərbaycanla sülh arzusunda olan polisi həm də təhqirli ifadələrlə xarakterizə edən bu "politoloq"istəyir ki, İrəvanda sülhə deyil, növbəti müharibəyə hazırlıq görülsün. Reallığı dərk etməyə düşüncəsi imkan verməyən Surenin əvvəllər də revanşçı mövqedə olması deməyə əsas verir ki, Ermənistan belələrinin sayəsində daha pis duruma düşəcəkdir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər