Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündən sonra “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
O qeyd edib ki, Maltanın ATƏT-ə sədrliyi suverenliyə hörmət və ərazi bütövlüyü çərçivəsində davamlı sülhün bərqərar olması ilə bağlı konstruktiv danışıqları və səyləri dəstəkləməyə davam edəcək.
Y.Borq həmçinin vurğulayıb ki, ATƏT və Ermənistan arasında əməkdaşlıq məsələlərinin geniş spektri və Ermənistan-Malta parlamentlərarası əlaqələrinin yaxınlaşması müzakirə olunub.
Ermənistan KİV-lərinin məlumatına görə, A.Simonyan vurğulayıb ki, ölkə ATƏT-in məsuliyyət zonasında sülh və sabitliyin təmin edilməsi səylərinə töhfə verməyə hazırdır: “Ermənistan sülh gündəminə sadiqdir. Ümidvaram ki, ATƏT-ə sədrlik çərçivəsində siz Cənubi Qafqaz regionunu diqqət mərkəzində saxlayacaq və lazımi vasitələrdən istifadə etməklə Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması prosesini təşviq edəcəksiniz”. (Report)