Qeyd olunub ki, 44 günlük müharibədəki çoxsaylı itkilərdən sonra orduda islahat aparılmasına ehtiyac daha da artdı. Müxtəlif tədbirlərdə işlərin yaxşı əsaslar üzərində qurulduğu deyilsə də başqa reallıq hökm sürdüyünü faktların dili ilə diqqətə çatdıran general-mayor müxbirə xatırladıb ki, orduda nizam-intizam ilk növbədə həkim komissiyasının üzvləri tərəfindən pozulur. Belə ki, onlar bəzən hərbi xidmətə yarayanlardan pul alaraq hansısa gizli xəstəliyi olanların orduya cəlb olunmasına şərait yaradırlar. Nəticədə həmin xəstəlik şiddətlənir və əsgərlərin bəziləri intihar yolunu belə seçirlər.
Göyçənin Azad kəndində yataqxana kimi istifadə edilən evdə 15 əsgərin yanıb külə dönməsini də ordudakı çatışmazlıqla xarakterizə edən müxbir isə araşdırmalarının nəticəsini açıqlayıb. Yazıb ki, bu ilin 11 ayı ərzində yetmişə yaxın əsgər qeyri-döyüş şəraitində həyatını itirib. Zabitlərin əsgərlərlə kobud davranışının da intihara gətirib çıxardığına dair faktlara malik olduğunu vurğulayan jurnalistin gəldiyi qənaətə görə belə davam edərsə, Ermənistanda hərbi xidmət şərəfsizlik sindromuna çevriləcək.
Təki belə olsun!
N.Qaramanlı