18.10.2024, 20:19
AZ EN
18.10.2024, 17:43 34

Lavrov: Regiondankənar oyunçular Cənubi Qafqazda öz şərtlərini diktə etməyə çalışırlar

XƏBƏRLƏR
  • Cənubi Qafqaz üçün ən böyük təhlükə xarici qüvvələrin müdaxiləsidir.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-də İstanbulda "3+3" formatında XİN başçılarının üçüncü iclasının yekunlarına dair açıqlamasında deyib.

"Ən böyük təhlükə ondan ibarətdir ki, regiondankənar oyunçular burada öz şərtlərini diktə etməyə, öz sxemlərini tətbiq etməyə çalışırlar. Bu sxemlər regionun problemlərini burada yerləşən bütün ölkələrin maraqları naminə həll etməyə deyil, NATO-nu buraya yönəltməyə, blok proseslərini inkişaf etdirməyə, öz imkanlarından təzyiq rıçaqları kimi istifadə etməyə yönəlib", - o bildirib. (Report)

Oxşar xəbərlər