23.12.2024, 00:52
AZ EN
23.09.2024, 20:15 185

Öz xalqını mədəni soyqırımına məruz qoyan Kanadanın erməni canfəşanlığı

XƏBƏRLƏR
  • Qərbin daha bir öz tarixindən "bixəbər" ölkəsi Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatla çıxış edib.

Kanadanın xarici işlər naziri Melani Joli ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürüb, Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirib.

Artıq mövcud olmayan bir problemin həlli üçün "öz müqəddəratını təyin etmə" prinsipinə istinad edən kanadalı nazir Azərbaycana dərs keçməkdənsə, öz biabırçı tarixi ilə məşğul olsa, daha məqsədəuyğun olar.

16-cı əsrin sonunda avropalıların Şimali Amerikaya gəlməsi ilə müstəmləkə siyasətinin əsası qoyulur. Avropa imperiya dövlətləri qitənin geniş ərazilərini işğal edərək yerli əhalini onların qanunlarına uyğunlaşmağa məcbur edirlər. Kanadanın yerli xalqları da bu qəddar müstəmləkə siyasətlərindən öz paylarını aldılar. Əvvəllər onlar indiki Kanada ərazisində yaşayan yeganə insanlar olsalar da, məcburi assimilyasiya siyasəti nəticəsində onların sayı əhəmiyyətli dərəcədə azaldı və hazırda ölkənin ümumi əhalisinin təxminən 5 faizini təşkil edir. Bir neçə il əvvəl Kanada katolik kilsəsi tərəfindən aşkar olunan kütləvi məzarlıq onların azalmasına əyani sübutdur. Nişansız qəbirlər Kanadanın keçmiş assimilyasiya siyasətinə dair dəhşətli sübutlar təqdim edir.

18-ci əsrdən başlayaraq isə Kanadadakı müstəmləkə və post-müstəmləkə hakimiyyətləri yerli əhalini Avropaya tabe etmək üçün müxtəlif assimilyasiya vasitələrindən istifadə etdilər. Məsələn, minlərlə yerli uşaq ailələrindən ayrılaraq, kilsə tərəfindən idarə olunan internat məktəblərində, xüsusən də katolik kilsəsi tərəfindən dini missionerlik təcrübələrinə məruz qaldılar. Mədəni köklərini itirmək üçün onlara ana dillərində danışmaq da qadağan edildi, adları da dəyişdirilərək Avropa adları ilə əvəz olundu, məktəblilər cinsi istismara da məruz qaldı.

Kanadanın assimilyasiya siyasəti bir çox yerli qəbilələrin yoxa çıxmasına, onların mədəniyyətinin və həyat tərzinin məhvinə gətirib çıxardı. Minlərlə insan itkin düşdü, br neçə yüzillikdən sonra meyitlərinin qalıqları kütləvi məzarlıqlarda aşkara çıxdı.

Kanada hökuməti assimilyasiya faktını araşdırmaq üçün komissiyanın yaradılmasına qərar versə də, maliyyələşdirmə və digər mexanizmlərin həyata keçirilməsi kağız üzərində qaldı.

Bütün bunlar göstərir ki, Azərbaycanı guya Qarabağ ermənilərinin hüquqlarını pozmaqda ittiham edən Kanada öz xalqına belə hörmət qoymayıb. Avropalı müstəmləkəçilərin əlində marionetə çevrilərək yerli sakinlərə faciələr yaşadıblar. Belə olan təqdirdə Ottavanın humanitar məsələlərdən danışmağa mənəvi haqqı yoxdur.

Kanada xarici işlər nazirinin Azər­baycan əleyhinə əsassız şəkildə bəya­natlar verməsi qərəzli yanaşma nümunə­sidir. Onun bu bəyanatı bölgədə sülhə və sabitliyə xidmət etmir.

Qeyd edək ki, rəsmi Bakı Kanadanın xarici işlər nazirinin Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi əməliyyatın ildönümü ilə əlaqədar yaydığı bəyanatını pisləyib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə kanadalı naziri manipulyasiya və faktları təhrif etməkdə günahlandırıb, Azərbaycanın 2023-cü ildə Qarabağ bölgəsində tam suverenliyini bərpa etdiyini, Ermənistan silahlı qüvvələrinin bölgədə qanunsuz mövcudluğuna və dəstək verib saxladığı separatçı rejimə son qoyulduğunu qeyd edib. (Report)

Oxşar xəbərlər