"Vətən səsi" xəbər verir ki, bu barədə Hindistan Müdafiə Araşdırmaları və Təhlil İnstitutu məlumat yayıb. İnstitutun baş direktoru Sudan Çinoy bildirib ki, artıq Svati radar kompleksləri İrəvana çatdırılıb. Müqavilə əsasında İrəvana həmin növdən olan silah satışının ümumi dəyəri isə 40 milyon dollardır: "ATAGS çox manevr edə bilən qurğulardır. Onlar Hindistanda hazırlanır və çox uğurludur. Erməni tərəfi 6 belə qurğu əldə edib və alışdan razı qalıb".
Baş direktor əlavə edib ki, Ermənistan həmçinin təxminən 250 milyon dollar dəyərində olan Pinaka çoxlüləli raket sistemlərinə maraq göstərib.
Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, 2024-2025-ci maliyyə ilində Ermənistan tərəfindən alınan Hindistan istehsalı olan silahların ümumi həcmi 600 milyon dollara çatıb. 2021-ci ildən Ermənistan Hindistandan raketlər, artilleriya sistemləri, zenit müdafiə sistemləri və digər silahlar alır.
Elxan SALAHOV