19.09.2024, 16:40
AZ EN
03.09.2024, 07:00 343

Paşinyan: Tavuşda delimitasiya böyük uğurdur

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş rayonunun Kirants kəndində delimitasiya prosesini “böyük uğur” adlandırıb.

Baş nazir bunu kənddəki yeni məktəbə baş çəkərkən deyib.

Paşinyan Azərbaycanla sərhəddən bir neçə metr məsafədə yerləşən Kirants kəndinin orta təhsil müəssisəsində yeni məktəbdə deyib ki, ora baş çəkmək həmişəkindən daha təhlükəsizdir.

“Məsuliyyətlə bəyan etmək istəyirəm ki, müstəqil Ermənistanın tarixində Kirantsda məktəbə getmək heç vaxt indiki qədər təhlükəsiz olmayıb”, - Paşinyan bildirib.

O, əlavə edib ki, Kirantsda məktəbə getməyin təhlükəsiz olması ilə bağlı bəyanatı qonşu azərbaycanlıların yaşadığı kənddə də məktəbə getməyin təhlükəsiz olması deməkdir. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR