21.10.2024, 00:14
AZ EN
06.08.2024, 14:46 263

Şərəfi olmayan şərəfdən danışır

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin Serj Sarkisyanın tərəfdarlarından  ibarət olan "Şərəfim var" fraksiyasının üzvü Tiqran Abrahamyan "Hraparak"ın bu günkü sayında yenidən sağlam məntiqə sığmayan fikirlər paylaşıb.

O, Azərbaycanın haqlı tələblərini əsassız adlandıraraq belə bir sərsəm ifadə işlədib ki, əgər Qərbi azərbaycanlılar qaçqın düşdükləri yerlərə qayıtmaq istəyirlərsə onda Qarabağdan könüllü köçənlər də qayıtmalıdırlar və onlara beynəlxalq təşkilatların nəzarətində hansısa status verilməlidir. Vaxtilə təklif olunan səmərəli inteqrasiyanı qəbul etməyən hayların indi "öz milli şərəf"lərinə uyğun nəsə yeni bir mif uydurmaları isə sadəcə gülüş obyekti nə dönə bilər. Ən qəribəsi isə odur ki, şərəfdən danışan bu adam vaxtilə ordudan şərəfsizcəsinə qaçan  fərari olub.

N.Qaramanlı

Oxşar xəbərlər