Əlavə edilir ki, 1995-ci ildə jurnalistika fakültəsinə qəbul olunan A.Hakopyan Amerika universitetlərində bir neçə kurslarda olub və 2003-2008-ci illərdə "Haykakan jamanak" qəzetində müxbir işləyib. Qəzetin 2008-ci ildəki olaylar zamanı həbs edilən baş redaktoru Nikol Paşinyanı öncə əvəz edib, sonra isə həmin vəzifəyə təyin edilib. Yazıları ilə diqqət cəlb etməsə də 2018-ci ildəki inqilabdan sonra demək olar ki, hər ad günündə Jurnalistlər ittifaqı tərəfindən mükafatlandırılıb, həmçinin komandası ona müxtəlif bahalı hədiyyələr bağışlayıb. Müxbir əlavə edib ki, səviyyəsiz çıxışlar edib Azərbaycanın müharibə etməsinə şərait yaradanlardan biri məhz Anna Hakopyandır. 44 günlük müharibə zamanı 11 mindən çox erməninin fərari olmasını da məhz ilk dəfə A.Hakopyan açıqlayıb deyən müxbir onun rəfiqələrinin də özü kimi qeyri-səmimi olduqlarını bildirib.
Nəsib