10.10.2025, 21:16
AZ EN
17.02.2025, 09:31 343

Hay tələbələr "soyqırımı" istəyir

XƏBƏRLƏR
  • Erməni KİV-lərində bir qrup hay tələbənin prezident V.Xaçatryana ünvanladığı məktubla bağlı müzakirə davam edir. Həmin tələbələr baş nazir Nikol Paşinyanın Gümrüdə sakinlərlə görüşündə 1950-ci ildə Moskvada ilk dəfə olaraq "1915-ci ildə erməni soyqırımı" ifadəsinin ortaya atılması, tarixi gerçəkliyin öyrənilməsinin vacibliyi ilə bağlı  fikirlərinə etiraz edərək prezidentin bu sahədə geniş iş aparılmasını təşkil etməyi xahiş və tələb ediblər.

Xatırladılıb ki, bu il "24 aprel soyqırımının" 110 illiyi də geniş qeyd olunmalıdır. Hay prezidenti isə tələbələrin bu cəfəngiyyatları ilə hələ mövqe açıqlamayıb.

Nəsib

Oxşar xəbərlər