O, bu günlərdə ictimai asayişi pozduğuna görə Qarabağdan könüllü köçən gənci cərimələyən polisə qarşı cinayət işinin açılmasını tələb edir və belə bir açıqlama verib ki, Ermənistanda, xüsusilə İrəvanda "qarabağfobiya" hökm sürür. Yerli haylar Qarabağdan gələnlər barədə hər cür aşağılayıcı ifadələr işlədirlər. Polislər isə xırda anlaşılmazlığı görə də onları ya cərimələyir, ya da bir neçə günlüyə də olsa həbs edir.
Xankəndidən köçən və İrəvanda politoloq kimi fəaliyyətə başlayaraq hakimiyyəti, xüsusilə baş nazir Nikol Paşinyanı tənqid edən Roman Yeritsyanın qardaşının da məhz "qarabağfobiyası" ilə cəzalandırıldığını xatırladan Suren Surenyans belə işlərin məhz baş nazirin göstərişi ilə həyata keçdiyini və bu prosesin nəticəsində ölkədə az sayda adam qalacağı qənaətinə gəlib.
Nəsib Qaramanlı