22.11.2024, 12:41
AZ EN
31.03.2023, 14:30 319

Erməni deputatlar yumruqlaşıblar

XƏBƏRLƏR

Bu günlərdə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının qapalı keçirilən iclasında deputatlar sözün həqiqi mənasında yumruq davasına çıxıblar. "Hraparak"ın müxbiri Lusine Şahverdiyanın məsələ ilə bağlı "Hayastan" fraksiyasının üzvü Ağvan Vartanyanla müsahibəsində isə bəzi məqamlara tam aydınlıq gətirilib. Deputat qeyd edib ki, özü həmin iclasda iştirak etməsə də həmkarları həqiqəti onunla bölüşüb. O, deyib ki, Yeğişe Kirakosyanla bağlı məsələ qapalı müzakirə olunarkən gərginlik yaranıb. Vova Vartanyan qışqıraraq "kimə istəsəm qışqıraram, söyərəm" – deyə hay-küy salıb, Mher Sahakyan da əlini stola çırparaq qışqırıb. Sonra onlar yumruqla bir-birini vurub və hər ikisinin üzündə yumruq izi qalıb.

Jurnalist xatırladır ki, bu erməni deputatlar arasında ilk yumruq davası deyil və "hər il ən azı 3 belə hadisə olur", - deyə o əlavə edib.

Nəsib

Oxşar xəbərlər