O, deyib ki, guya falabaxanlardan daha üstündür və payızda hakimiyyətin istefasına nail olunacaq. Müxalifət düşərgəsindəki sabiq rəhbərlərin hamısına hakimiyyətdə yer ayıracağını minnətlə söyləyən keşiş belə bir sərsəm ifadə də səsləndirib ki, özü baş nazir olmasa da İran variantını seçəcək və ali dini rəhbər olacaq. Göründüyü kimi, bu istək həm də bütün ermənilərin katalikosu Qareginin statusunun sıfıra endirilməsinə hesablanıb. Paşinyanı yenə də pafoslu qəzetçi adlandıran bu keşişin dediklərinə şərh verən jurnalist isə vurğulayıb ki, Bağratın fikirləri həyata keçsə hayların dövlətçiliyi məhv olacaq.
N.Qaramanlı