22.11.2024, 06:15
AZ EN
19.07.2024, 09:00 223

Sabiq "icma" başçısı özünü təqsirli bilmir

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, separatçı rejimin Xankəndi üzrə nümayəndəsi, hazırda İrəvanda inzibati nəzarəti təmin etmədiyinə və korrupsiyaya görə saxlanılan David Sarkisyanın vəkili Ruben Melikyan məhkəməyə appelyasiya şikayəti edib.

O, bildirib ki, müdafiə etdiyi şəxs Xankəndinin müdafiəsini, ermənilərin oradan könüllü  köçməsini təşkil etmək səlahiyyətinə malik olmayıb. O, mülki vəzifə daşıyıb və çoxları kimi ailəsi ilə birlikdə İrəvana köçüb. "Ona görə də barəsində elan olunmuş ittihamnamə əsassızdır”, - deyə vəkil sabiq Xankəndi sakininə azadlıq tələb edib. Vəkil jurnalistlərə açıqlama verərkən onu da deyib ki, hakimiyyətin öz məğlubiyyətini sığortalamaq üçün atdığı belə addımlar davamlı olacaq.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR