18.10.2024, 11:52
AZ EN
18.07.2024, 14:25 243

Separatçını dəstəkləyən hakim işdən qovulub

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü yayımında o da bildirilir ki, hakim "Vətəndaş müqaviləsi" partiyasının çoxsaylı müraciətindən sonra qatı cinayətkar Robert Koçaryanın işi ilə məşğul olan hakim Anna Danibektan ali məhkəmə şurasının qərarı ilə vəzifəsindən azad olunub.

Xatırladaq ki, Azərbaycan xalqının qatı düşməni, minlərlə dinc vətəndaşın öldürülməsində bilavasitə iştirak edən Robert Koçaryanın korrupsiya, rüşvətxorluq və digər əməllərinə görə aparılan məhkəmə prosesi 3-cü ildir davam edir. Hər iclasda isə onun həbs edilməməsi üçün müxtəlif bəhanələr uydurulub. Hakim partiyanın funksionerləri, o cümlədən deputatları isə nəhayət, hakim barədə ölçü götürülməsini tələb ediblər. Agentlik əlavə edib ki, sözügedən hakim qadın təkcə işini itirməyəcək, o həm də Koçaryandan və b. rüşvət almaqda ittiham edilərək azadlıqdan məhrum edilə bilər.

N.Qaramanlı

Oxşar xəbərlər