Sualların çoxundan bacarıqla yayınan nazir hər şeyin nəzarətində olduğunu və uğurlara imza atdıqlarını desə də müxbir konkret faktlara istinadən vurğulayıb ki, artıq mühüm sahə olan səhiyyədə də peşəkarlar müxtəlif üsullarla işdən uzaqlaşdırılır, yaxud başqa işə keçirilərək dost-tanışlarla, partiya yoldaşları ilə əvəzlənir. Bunun cəmiyyətdə narazılıqla qarşılandığına dair sübutları olduğunu deyən jurnalistin səhiyyə naziri tərəfindən qeyri-səmimi ifadələrlə cavablandırılması isə sözügedən sahədə problemlərin getdikcə çoxalacağı barədə xəbər verir.
Nəsib Qaramanlı