"Hraparak"ın müxbiri Karen Kerimyan yazır ki, Ermənistan hökumətinin qərarına əsasən Qarabağdan köçən ermənilərə ya "qaçqın" statusu verən xüsusi vəsiqə, ya da Ermənistan vətəndaşlığı pasportu verilə bilər. Seçimi isə onlar özləri etməlidirlər. Onlar isə istədikləri sənədi almaq üçün günlərlə növbədə dayanırlar deyə müxbir məsələyə aydınlıq gətirilməsi üçün Qarabağdan köçmüş Anuş Atacanyan adlı ictimai fəalla söhbət edib. A.Atacanyan bildirib ki, əgər işlər mütəşəkkil aparılsa idi 10 gün ərzində hər kəs istədiyi sənədi ala bilərdi. Amma mütəşəkkillik əvəzinə bürokratik əngəllər olduğunu gizlətmək mümkün deyil. O, belə bir nümunə də gətirib ki,16 yaşında Ermənistan vətəndaşı pasportu alan, sonra Qarabağda yaşayan adamla ailə qurub orada yaşayan qadına indi qaçqın vəsiqəsi vermirlər ki, sən Ermənistan vətəndaşısan, edilən şikayət isə nəticəsiz qalır. Belə çıxır ki, bir ailənin üzvləri ayrı-ayrı statusda olmalıdır. O, daha sonra əlavə edib ki, pensiyaların, müavinətlərin təyin olunması məsələsində də problemlər yaşanır. Belə ki, əgər kimsə Qarabağda minimum pensiya olaraq tutaq, ki 10 min dram alırdısa, indi ona 8-9 min dram pensiya təklif olunur. Bütün bunlar isə "narazılığı artırır və qarşılıqlı iradlar, ittihamlar getdikcə çoxalır", - deyə A.Atacanyan əlavə edib ki, bir adam qeydiyyat yerini dəyişmək istədikdə də problemlər yaşanır.
N.Qaramanlı