22.11.2024, 03:51
AZ EN
28.06.2024, 09:34 307

İki erməni üzləşdirilib

XƏBƏRLƏR
  • "Hraparak"ın bu gün səhər yaydığı "Samvel Şahramanyan və Sarkis Qalstyan üzləşdirilib" başlıqlı xəbərdə deyilir ki, bu yaxınlarda separatçı "arsax"ın sonuncu "başçısı" Samvel Şahramanyanla Sarkis Qalstyan ikincinin cinayət işi üzrə şahid qismində üzləşdirilib və Şahramanyan öz ifadəsində ittihamnaməni təsdiqləməyib.

Agentlik xatırladıb ki, Sarkis Qalstyan Şahramanyanın əmri ilə separatçıların "işçi heyətinin rəis müavini" olub. 2023-cü il 19 sentyabr antiterror əməliyyatından sonra S.Şahramanyan Xankəndini tərk etsə də S.Qalstyan və həyat yoldaşı  martın 29-dək orada qalıblar. Həmin gün isə QXC-nin vasitəsi ilə Ermənistana gələn kimi saxlanılıblar. Qadın bir azdan sərbəst buraxılsa da Sarkis Qalstyana qarşı cəsusluq maddəsi ilə cinayət işi başlanıb və bildirilib ki, guya o, Azərbaycanın xüsusi xidmət orqanlarına cəsusluq edib. Agentlik əlavə edib ki, S.Qalstyan ilk vaxtlar Azərbaycan tərəfindən ələ alındığını etiraf etsə də, sonra həmin ifadəni Ermənistanın xüsusi xidmət orqanları tərəfindən edilən təzyiq nəticəsində verdiyini bildirib. Sonda bildirilir ki, S.Qalstyan hazırda həbsdədir və istintaq davam edir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR