"Vətəndaş müqaviləsi" partiyasından olan yüksək vəzifəliləri kinayə ilə "Paşinyanın nazir-vəzirləri" adlandıran bu agentlik əlavə edib ki, həmin şəxslərdən birinin dediyinə görə baş nazir Avropadan qayıdanda istirahət günü olduğuna görə o, adəti üzrə ailəsi ilə istirahət edib. Amma o, Brüsseldə bəzi məxfi razılaşmalar əldə olunduğunu sətiraltı ifadələrlə diqqətə çatdırıb. Sonra əlavə edib ki, aysberqin görünən tərəfində isə Ermənistana 330 milyon dollar yardım olunduğu var.
O da xatırladılıb ki, orduda sovetdən qalma "ura"nın "yaşa" ilə əvəzlənməsi barədə fikir də məhz Brüsseldəki danışıqların təzahürüdür. Paşinyan məhz bu və digər dəyişiklərlə Rusiyadan biryolluq ayrılmağın müəllifi olduğunu gerçəkləşdirməyə çalışır, - deyə agentlik bunun heç də faydalı olmayacağını da paylaşıb.
N.Qaramanlı