"Hraparak" TV martın son günündə İrəvanın mərkəzi meydanında "Sizcə, Ermənustanda insan haqqları qorunurmu?" sualı ilə vətəndaşlara müraciət edib və onların cavablarını paylaşıb. Telekanal xəbər verib ki, rəyi soruşulanların 70 faizdən çoxu hakimiyyətin vətəndaşlara qarşı laqeyd münasibət sərgilədiyini, müxaliflərin və onların tərəfdarlarının müxtəlif bəhanələrlə incidildiyini, yaxud həbs edildiyini bildirib. Hazırda məhbus həyatı yaşayan Mamikon Aslanyanın yaşlı qohumu Sona Aslanyan isə deyib ki, sovetdən qalma bəzi müsbət hallar istisna olmaqla erməni ictimaiyyəti məhv olub getməkdədir. O, daha sonra əlavə edib ki, hakimiyyət komandasında "türkdən betər türklər var" və onlar düşmən qonşuların əlaltısına çevriliblər. Rəyi soruşulanların yalnız 20 faizi indiki iqtidarı dəstəklədiyini bildirib. 10 faiz isə sorğuya cavab verməkdən yayınıb.
Xatırladaq ki, “Hraparak” medi qrupu rusiyameylli müxalifətə xidmət edir və onun bu paylaşımı reallığı əks etdirməyədə bilər.
N.Qaramanlı