Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə mitinqdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə artıq PKK-nı öz sərhədləri daxilində hərəkətə keçə bilməyəcək hala gətirib: “Biz öz sərhədlərimizdən kənar ərazilərə də addım-addım nəzarət edirik. İmperialistlərə oyuncaq rol oynamayan hər kəslə, terrorun hər növündən uzaq duran hər kəslə dialoqa açığıq. Qapımız həm terrorçulara, həm də terror təşkilatının rəhbərliyi altında siyasət oynayanlara bağlıdır”. (APA)