İrəvanın mərkəzində yerləşən və sovetlər dönəmində Leninin adını daşıyan indi "Azadlıq" adlanan meydanda keçirilən mitinqdə isə Qarabağdan köçən hayların problemləri, Azərbaycan, Avropa İttifaqı, Rusiya ilə bağlı məsələlər barədə müxtəlif fikirlər səsləndirilib. SSRİ-nin süqutundan sonra Amerikadan daimi yaşamaq üçün Ermənistana gələn və ilk xarici işlər naziri olan Raffi Hovhannisyan çoxdan siyasi arenada görünməsə də dünən ki, mitinqdə həm radikal çıxış edib, həm də "Hraparak" TV-nin birbaşa yayımında Paşinyan iqtidarının yarıtmaz fəaliyyət göstərdiyini, Qarabağdan köçən ermənilərin taleyi barədə düşünmədiyini bildirib. Sabiq baş diplomat vurğulayıb ki, separatçı rejimin rəhbəri Araik Harutyunyanın və general Levon Mnasakanyanın Azərbaycan televiziyasına verdikləri müsahibələr ekrana çıxdıqdan sonra hakimiyyətin Qarabağdan köçən ermənilərə qarşı münasibəti daha da pisləşəcək, nəticə isə müxalifətin xeyrinə olacaqdır. Azərbaycanla sülh müqaviləsinin bağlanmaması üçün əlindən gələni edən Ermənistan müxalifəti, görünür, Qarabağdan köçən erməniləri yenə də alətə çevirə biləcəklər.
Nəsib Qaramanlı