22.11.2024, 08:54
AZ EN
19.03.2024, 12:47 223

Erməni xalqı daha ağır duruma düşəcək

XƏBƏRLƏR

"Hraparak" xəbər verib ki, Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi general leytenant Norat Ter-Qriqoryan bu fikirdədir. O, Ermənistan hakimiyyəti ilə Rusiya arasında məhz Qərbə görə soyuqluq yarandığını xatırladaraq deyib ki, belə davam edərsə, əgər Azərbaycan  Ermənistana hücum edib onun suveren ərazisini tutarsa nə Rusiya, nə də KTMT müdaxilə etməyəcək. Amma Ermənistan rəhbərliyi 102-ci rus hərbi bazasının çıxarılmasını rəsmən istəyərsə Rusiya onu cəzalandıracaq və heç vaxt çıxmayacaq. General daha sonra belə fikir də açıqlayır ki, Qərbin Ermənistana gəlməsi təkcə Kremlin deyil, Türkiyə ilə Azərbaycanın da maraqlarına ziddir. İran isə öz mövqeyini tez-tez dəyişir və gələcəkdə hansı mövqeyi sərgiləyəcəyi məlum deyil. NATO-nun Ermənistanda lövbər salmaq cəhdinin Rusiyanın daim nəzarətində olduğunu təkrarlayan hay general xüsusi vurğulayıb ki, əgər Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərinin 2018-ci ildən əvvəlki kimi qurmasa, erməni xalqı daha böyük fəlakətlərlə üzləşəcək və Ermənistan bir neçə yerə bölünəcək.

Xatırladaq ki, bu hay generalı 44 günlük müharibə zamanı həmişə erməni ordusunu tərifləyirdi. İndi isə bu mövzuda danışmağı belə istəmir. Görünür, təhsili rus dilində olduğuna görə, indi hay kimi düşünmür.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR