- "Hraparak" xəbər verir ki, hakimiyyət nümayəndələrinə qarşı sui-qəsd etmək istəyənlər yaxalanıblar. Belə ki, iqtidar deputatları Qaqiq Melkonyanın evində, Qurgen Arsenyanın ofisinin yerləşdiyi binada partlayıcı qurğular aşkar edilərək istintaq-əməliyyat tədbirləri başlayıb və 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. Partiyanın sözçüsü bildirib ki, yaxın günlərdə olay barədə ətraflı açıqlama veriləcək. Agentlik xatırladıb ki, fevralın 22-də Birləşmiş əmək partiyasının ofisinə yaxın yerdə də partladıcı maddələr aşkar edilmişdi.
Görünür, ermənilər öyrəncəli olduqları terrorçuluqdan əl çəkə bilmirlər və hakimiyyətə qarşı sivil mübarizəni deyil, sui-qəsd yolunu seçməklə öz genlərinin nəyə yaradığını aşkar göstərirlər.
Nəsib