44 günlük müharibədə biabırçı məğlubiyyətə uğrayan Ermənistanda demək olar ki, hər həftə bu və ya digər bəhanələrlə etiraz aksiyaları keçirilir. İştirakçıların sayı isə getdikcə azalır. "Hraparak" xəbər verir ki, indiki dəqiqələrdə təhsil, elm, mədəniyyət və idman nazirliyinin binası önündə 7-ci sinif üçün "Erməni tarixi" dərsliyi ilə bağlı növbəti etiraz aksiyası keçməkdədir. "Saxtalaşdırılmış dərsliklər yığışdırılsın" şüarı ilə davam edən aksiyada nazir Janna Andreasyanın istefası tələb olunur.
Əlavə edək ki, Qarabağdakı antiterror əməliyyatı zamanı gəbərdilmiş hayların doğmaları isə bu gün səhər müdafiə nazirliyinin binası önündə etiraz aksiyası keçirib.
Nəsib