21.11.2024, 22:15
AZ EN
05.03.2024, 13:54 290

Erməni deputat sürətlə silahlanmağı təbliğ edir

XƏBƏRLƏR

Ermənistan parlamentindəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Qaqik Melkonyan "Hraparak"ın müxbiri ilə söhbətində Ermənistan-KTMT münasibətlərinə dair açıqlamalar edərkən deyib: "İndi bizə yaxşı və sürətlə silahlanmaq vacibdir. Gördüyünüz kimi artıq keyfiyyətli silaha malik olmaq üçün  müxtəlif ölkələrlə müqavilələr imzalayırıq. Biz yalnız özümüzə ümid etməliyik. Öz təhlükəsizliyimiz barədə özümüz düşünməliyik. Ona görə ki, tam yəqin etmişik ki, KTMT gərəkən zamanda bizə heç nə ilə  kömək etməyib, əksinə ziyan vurub".

Erməni deputat indiki məğlubiyyətlərini müvəqqəti hesab etdiyini sərsəmləyərək əlavə edib: "Ordumuza kömək etməliyik ki, müvəqqəti məğlubiyyətdən sonra ayağa qalxaq, ölkəmizin sərhədlərini möhkəmləndirmək və təhlükəsizlik məsələlərini özümüz həll edək".

Göründüyü kimi, ermənilər heç vaxt ağla gələn deyil və başlarlı yenə yumruq istəyir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər