16.09.2024, 23:10
AZ EN
01.03.2024, 15:26 291

Seyran Ohanyan qatil olduğunu sübut edir

XƏBƏRLƏR

Ermənistan parlamentində mart ayı da çəkişmələrlə başlayıb. Xocalı qatillərindən olan Seyran Ohanyan reallığı dərk etməməsi ilə deputat deyil, qatil olaraq qaldığını sübut edib. Parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri olan S.Ohanyan 1 mart 2008-ci il olaylarında qətlə yetirilmiş dinc nümayişçilərin də ünvanına təhqiramiz ifadələr işlədərək bütün qalmaqalların məhz Nikol Paşinyan tərəfindən təşkil edildiyini vurğulayıb. Həmin dövrdə N.Paşinyanın deyil, məhz Serj Sarkisyanın hakimiyyətə gəldiyini "unudan" fraksiyasının rəhbərinin Azərbaycanın ünvanına böhtanlar ünvanlaması isə yenilik deyil. Bütün məsələlərdə saxtakarlıq edən bu qatil barədə Paşinyanın komandası tərəfindən deyilənlər isə həqiqəti tam əks etdirir. Belə ki, o və təmsil etdiyi müxalifət siyasətçi yox, məhz cinayətdən yayınmış qatillərdir.

Nəsib

Oxşar xəbərlər