İranla bizim əlaqələrimiz hansı səviyyədədir? Bu əlbəttə, dərindir
və Ermənistan bu münasibətlərə sadiqdir. Amma elə məsələlər var ki, aydın deyil. Bizim İranla münasibətlərimizin bəzi yerlərində gərginlik var, onu aradan qaldırmaq lazımdır". Baş nazirin həmin gərginliyin Zəngəzur dəhlizi ilə bağlı olduğunu və bu məsələdə İranın mövqeyindən çıxış edilməsinin vacibliyini diqqətə çatdırması isə deməyə əsas verir ki, üçtərəfli bəyanata imza atmasına baxmayaraq Nikol Paşinyan İranın qorxusundan dəhliz açılmasına razı deyil. Bəs, Rusiya bu məsələyə necə baxacaq? Görünən odur ki, Moskva Ermənistanı cəzalandıracaq.
N.Qaramanlı