21.11.2024, 14:00
AZ EN
30.01.2024, 15:48 369

Spiker jurnalisti məhkəməyə verib

XƏBƏRLƏR

"Hraparak" və daha bir neçə mətbuat orqanı bildirir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan "Hayeli"( "Güzgü") press klubunun təsisçisi Anjela Tovmasyan barədə İrəvan şəhər birinci dərəcəli mülki məhkəməyə şikayət ərizəsi yazaraq şərəf və ləyaqətinin alçaldılmasına görə jurnalistin cəzalandırılmasını istəyib. Buna səbəb isə A.Tovmasyanın onun barəsində "Xaçatur Sukiasyanın ayaqları altında ora-bura elə qaçırdı ki, elə bil özü öz ayaqları ilə qaçır", - dediyi sözlər olub. Spiker məhkəmədən xahiş edib ki, A.Tovmasyan ona həm 1 milyon dram təzminat versin, həm də məhkəməyə xərclədiyi 530 min dramı ödəsin və mətbuatda yazılı üzr istəsin.

Məhkəmə hələ bitməyib.

Xatırladaq ki, A.Simonyan özü hüquqşünasdır və bir vaxtlar N.Paşinyanın baş redaktor olduğu "Haykakan jamanak" qəzetində hüquq mövzusunda çoxsaylı məqalələr yazıb.

N.Qaramanlı

Oxşar xəbərlər