13.03.2025, 22:05
AZ EN
18.01.2024, 12:57 324

Qarabağdan köçənlərə pensiya verilmir və işə götürülmürlər

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verir ki, "arsax" pasportu olanlara pensiya verilmir və onları işə götürmürlər.

Bunun qanuni olduğunu vurğulayan agentlik əlavə edib ki, pensiya almaq, işə düzəlmək üçün öncə "qaçqın" vəsiqəsi almaq, sonra isə Ermənistan vətəndaşlığını qəbul etmək lazımdır. Hüquq müdafiəçilərinin, hüquqşünasların bir hissəsi də hökumətin bu sahədə düzgün mövqe sərgilədiyi barədə fikirlər səsləndiriblər. Özünü Şuşa şəhərinin meri adlandıran Arcvik Sarkisyan müxbirlə söhbətində deyib ki, pasport qeydiyyatına görə bizi işə götürmürlər. Deyirlər ki, Ermənistan vətəndaşı deyilsən. Amma Hindistandan gələn minlərlə adamı işlə təmin ediblər. Hakimiyyət bununla istəyir ki, biz Qarabağı unudaq, adını belə dilə gətirməyək.

Hökumət deyirdi ki, Qarabağdan gələnlərin hərəsinə 100 min dram yardım olunacaq. Minlərlə adam bu yardımı ala bilmir. Müxtəlif bəhanələr gətirilir. Paşinyan hökuməti özündən əvvəlkiləri talançı adlandırır. İndi aydın görürük ki, özləri daha çox talançılıq edirlər.

O da bildirilib ki, indiyədək "qaçqın" vəsiqəsi almaq üçün 35 min nəfər müraciət edib və 28 min nəfər artıq həmin sənədi alıb. Proses isə davam edir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR