18.09.2024, 17:35
AZ EN
16.01.2024, 09:51 262

Ermənistan müharibəmi istəyir?

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Lusine Şahverdyan bugünkü məqaləsində Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üçün sülh müqaviləsinin əsas amil olduğunu dərk etdiyini bildirsə də Azərbaycanın ünvanına müxtəlif əsassız ittihamlar irəli sürməklə ölkəsinin və özünün sülh yox, müharibə tərəfdarı olduğunu nümayiş etdirir.

O, yazır: “"arsaxı" verək ki, rahat yaşayaq” tezisini irəli sürən Vətəndaş müqaviləsi partiyasının funksionerlərinə Əliyevin cavabı silahla oldu. Ermənistan zəif idi və indi də belədir... Yenidən Zəngəzur dəhlizi, anklavlar barədə məsələ, İrəvan və Cermuqun Azərbaycan ərazisi olması yenidən gündəmə gəlib... Paşinyan isə bir neçə günlük sükutdan sonra dillənir. Paşinyan vurğulayıb ki, Azərbaycan 4 anklav, Ermənistan isə 32 kənd barədə məsələ qaldırır."

Zəngəzur dəhlizinin də Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini deyən jurnalist tövsiyə edir ki, ordunu durmadan gücləndirmək lazımdır və yalnız bundan sonra vahid qərara gəlmək olar.

Göründüyü kimi, erməni mətbuatı cəmiyyətinin daim düşmən mövqedə durmasını təbliğ etməklə sülh deyil, yeni müharibə istəyir. Bu isə Ermənistanın sonu ilə yekunlaşa bilər.

N.Qaramanlı

Oxşar xəbərlər