21.11.2024, 22:20
AZ EN
09.01.2024, 10:56 298

Bütün ermənilərin katalikosu vəzifəsi ömürlük olmayacaq

XƏBƏRLƏR
  • ARM NewsHour-da Reqina Parzyan adlı tədqiqatçı jurnalist bildirib ki, katalikos İkinci Qareginin xalqa Yeni illə bağlı müraciətinin əvvəlki illərlə müqayisədə dövlət və İctimai televiziyada yayımlanmaması din sahəsində də islahatların aparılacağını deməyə əsas yaradır.

O, sonra əlavə edib ki, ölkədə din dövlətdən ayrı olsa da, dinin dövlət işlərinə qarışması daim müşahidə olunur. İş o yerə çatıb ki, din xadimləri hətta dövlətin, yaxud hökumətin başçısına qarşı istefa tələbi ilə çıxış ediblər və indi də belədir. "Bu  demokratik cəmiyyətə xas olmayan olaydır", - deyə jurnalist bir şəxsin ömürlük bütün ermənilərin katalikosu vəzifəsində olmasını digər din xadimlərinin hüquqlarının pozulması kimi dəyərləndirir və inanır ki, yaxın vaxtlarda bu vəzifə seçkilər vasitəsi ilə  müddətli (5, yaxud 7 illiyə) olacaqdır. Nikol Paşinyanı demokratiya təşəbbüskarı adlandıran R.Parzyan bildirib ki, erməni dövlətinin yaradılmasında dindarlar mühüm rol oynasalar da indiki  reallıq onların siyasətdən uzaq olmalarını tələb edir.

Xatırladaq ki, Ermənistanda onlarla din xadimi hazırda revanşçı qüvvələrə dəstək verir.

N.Qaramanlı

Oxşar xəbərlər