10.06.2025, 00:31
AZ EN
15.03.2024, 14:47 302

Nazir parlamentə hesabat verib

XƏBƏRLƏR

Ermənistan mətbuatı xəbər verir ki, bu gün parlamentdə xarici işlər naziri Ararat Mirzoyan rəhbəri olduğu qurumun 2023-cü ildəki fəaliyyəti barədə hesabat verib. Erməni baş diplomat iştirak etdiyi bütün görüşlərdə ölkəsinin təhlükəsizliyinin və maraqlarının təminatı üçün əlindən gələni etdiyini bir neçə dəfə vurğulayıb, sonra əlavə edib ki, bu və ya digər ölkə, yaxud beynəlxalq təşkilatla aparılan danışıqlar, imzalanan sənədlər heç də başqa dövlətə qarşı olmaq anlamına gəlməməlidir. Qərblə, Avropa İttifaqı ilə daha da yaxınlaşmanın Rusiyanın xoşuna gəlmədiyini açıqlayan nazir yenə də erməni məkrini işə salaraq deyib ki, məqsəd yalnız ölkənin təhlükəsizliyinə nail olmaqdır. "Bizim mövqeyimiz belədir: Türkiyə ilə münasibətləri ləyaqətli nizamlamaq, Azərbaycanla  münasibətləri nizamalayıb sülhə nail olmaq. Təkrarlayıram, başqasına qarşı pis niyyətimiz yoxdur", - deyə o bildirib.

Xatırladaq ki, hayların sözü ilə əməli heç vaxt uyğun gəlməyib.

N.Qaramanlı

Oxşar xəbərlər