11.06.2025, 01:11
AZ EN
02.11.2023, 12:29 369

Ermənistanda beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin edəcək xüsusi idarə yaradılıb

XƏBƏRLƏR
  • Ermənistan Milli Təhlükəsizlik Xidmətinin nəzdində xüsusi idarə yaradılıb.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumət iclasında bildirib.

Baş nazirin sözlərinə əsasən, həmin idarənin funksiyasına ölkə ərazisindən keçən avtomobil yollarının, dəmir yollarının, elektrik xətlərinin, qaz kəmərlərinin, regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək daxildir.

Paşinyan onu da əlavə edib ki, idarə demək olar ki artıq hazırdır, onun yaradılması üzərində uzun müddətdir işlər aparılır və artıq tam heyətlə təmin edilib. (APA)

Oxşar xəbərlər