- Ermənipərəst senator Robert Menendes və erməni həyat yoldaşı Nadin Arslanyan bu gün ABŞ ədalət məhkəməsi önünə çıxarılıblar. Bu barədə məlumat verən "Hraparak" əlavə edib ki, senatorun demokratlar partiyasından olanlar məhkəmə olmamışdan öncə onun istefa verməsini tələb ediblər. O isə senatın xarici münasibətlər komissiyasının sədri vəzifəsindən istefa verməyəcəyini və günahsız olduğunu bildirib.
Xatırladaq ki, erməni kürəkəni Azərbaycan və Türkiyə əlehinə daim əsassız ittihamlar irəli sürür əvvəllər də qeyri-qanuni fəaliyyətinə görə məhkəmə qarşısında dayanıb. Amma məhz erməni diasporunun sayəsində "sudan quru çıxıb". Bu dəfə isə onun belə şansı yoxdur və ABŞ mətbuatının ehtimalına görə bu məhkəmə bir neçə ay uzana, R.Menendes isə azadlıqdan məhrum edilə bilər.
N.Qaramanlı