21.11.2024, 22:25
AZ EN
21.02.2023, 12:17 243

Paşinyan nə edəcəyini bilmir

XƏBƏRLƏR
  • Yanvarın 19-da Göyçənin Ağkilsə (Azad) kəndində zabitlərlə münaqişənin nəticəsində yandırılan əsgərlərin valideynləri və qohumları müdafiə naziri Suren Papikyanın istefa tələbini davam etdirirlər. Tədqiqatçı jurnalist Lusine Şahverdiyanın bu gün "Hraparak"da paylaşılmış "İrəvanda 2021-ci ilin ssenarisini təkrarlamağa cəhd edirlər" başlıqlı məqaləsində bununla bağlı yeni nüanslar yer alıb. Müəllif yazır ki, əslən Gümrüdən olan Suren Papikyan baş nazirin yaxın silahdaşdır. O, "Vətəndaş müqaviləsi" partiyasında nüfuz sahibidir və çoxlu tərəfdarları var. Müdafiə naziri təyin olunması da məhz bu səbəbdən baş verib. Ötən ilin sentyabrında Azərbaycan ərazisində törədilmiş terror təxribatlarının planının isə S.Papikyanın göstərişi ilə İran və Fransanın yüksək rütbəli hərbçilərinin birgə hazırlandığını və bunun ilk dəfə  açıqlandığını etiraf edən tədqiqatçı jurnalist hakimiyyət daxilindəki mənbə əsasında onu da bildirib ki, əgər Suren Papikyanın istefası vacib hesab ediləcəksə o, daha böyük vəzifəyə təyin olunacaq.

Münhen şəhərində keçirilmiş zirvə toplantısında Azərbaycan Prezidenti  tərəfindən çətin vəziyyətə düşən Paşinyanın  sülh müqaviləsinin bağlanmaması üçün hansı addımlar atacağını heç özünün də bilmədiyini nəzərə çatdıran müxbir vurğulayıb ki, bir bəhanə ilə İrəvan bələdiyyəsi istefaya göndərilə, yeni seçki keçirilə və S.Papikyan  Avinyanı əvəz edə bilər.

Bununla yanaşı, o, belə bir ehtimalı da qeyd edib ki, Paşinyan özü istefaya çıxacağı təqdirdə onu məhz Suren Papikyan əvəz edə bilər.

Məqalədə müxalifət partiyalarının artıq məsləhətləşmələr apardığı və N.Paşinyanın istefasını tələb edəcəkləri barədə gəzişən söhbətlərlə bağlı da fikir bildirilib.

N.Qaramanlı

Oxşar xəbərlər