Müxalif və müstəqil mediadan başqa dövlət mətbuatı da xəbər verir ki, Qarabağdan köçən ermənilər qəbul edib qeydiyyata alan və yerləşdirən Humanitar mərkəz adlı qurum onları İrəvana və İrəvana yaxın rayonlara buraxmır. Onların əsasən Qərbi Zəngəzurun müxtəlif Qafan, Gorus, Mehri, Sisyan, həmçinin Göyçə, Lerik-Pəmbək, Ağbaba-Şörəyel bölgələrində məskunlaşdırılması nəzərdə tutulub. "Hraparak" xəbər verir ki, dünən Qarabağdan köçən 700 nəfər erməni Göyçə mahalının əvvəllər azərbaycanlılar yaşayan kəndlərinə yola salınıb. Onları polislər müşayiət edib.
O da bildirilir ki, Qarabağdan köçən ermənilərin İrəvana buraxılmamasında əsas məqsəd onların müxalifətin təsiri altına düşməsinə imkan verməmək, xüsusilə Qarabağ klanının gücləndirməsinin qarşısını almaqdır.
N.Qaramanlı