Sabiq səfir Cunik Ağacanyan "Hraparak"ın müxbiri Hayka Aloyanla söhbətində BMT təhlükəsizlik şurasının son iclasındakı müzakirələrlə bağlı bildirib ki, Qərb dövlətləri energetika sahəsində Azərbaycanla əməkdaşlıq edir, həmçinin İrana münasibətdə ona böyük önəm verir. Ona görə də BMT TŞ Azərbaycana qarşı ciddi qərarlar qəbul etmir. Müzakirələr zamanı humanitar yardım ofisinin məsul şəxsinin öz çıxışında "Dağlıq Qarabağ" əvəzinə "problem, ərazi, ərazidə vəziyyət" ifadələrini işlətməsini az qala ermənilərin qələbəsi kimi dəyərləndirən sabiq səfir öz xalqına təlqin etməyə çalışır ki, dostlarının sayəsində əldə etdikləri "uğurları" daha möhkəmləndirəcəklər.
Müxbir isə öz şərhində ermənilərin fantaziyalardan uzaqlaşmasının vaxtının çoxdan gəldiyini vurğulayıb.
Nəsib