Ermənistan hökumətinin bu günkü iclasında Azərbaycan əlehinə növbəti ədalətsiz ittihamlar səsləndirildikdən sonra bildirilib ki, artıq Göyçə gölündə su patrul xidməti həyata keçirilir. Bunun üçün 8 ikinəfərlik,4 ədəd 3 yerlik hərbi qayıqlardan istifadə olunur, yaxın zamanlarda isə 4 hərbi gəmi gətirilərək yeni yaradılan su polisi xidmətinin istifadəsinə veriləcəkdir. "Hraparak" ehtimal edir ki, Ermənistana gəmiləri İran verəcəkdir.
N.Qaramanlı