20.09.2024, 08:17
AZ EN
16.08.2023, 09:57 186

Ermənistanı diletantlar idarə edir

XƏBƏRLƏR
  • Azərbaycanşünas Armine Adibekyanın (bəzi erməni mətbuatı Adilbekyan kimi təqdim edir- N.Q) avqustun 15-də "Hraparak" da yayılmış müsahibəsində belə deyilir.

Müxbirin Azərbaycan barədə böhtan dolu sualına cavabında o, bildirib ki, əvvəllər hakimiyyət rəsmiləri ilə toplum arasında əlaqələr var idi və kadr təyinatında bir sıra xüsusiyyətləri nəzərə alaraq işlədilirdi,indi isə şəxsi və komanda maraqlarına xidmət edilir.

Armine belə bir nümunə də göstərir ki, Lilit Makunç ABŞ-da səfirdir, amma bu strateji əhəmiyyətli ölkədə ermənilərin maraqlarını o yox, diaspor qoruyur.

Ermənistanın müxtəlif ölkələrində olan səfirlik əməkdaşlarının, xüsusilə səfirlərin daha çox şəxsi biznesini düşündüyünü vurğulayan Azərbaycanşünas əlavə edib ki, Azərbaycan barədə yazılmış kitabların müəlliflərinə də diqqət göstərilmir. O, özünün də həmin müəlliflər sırasında olduğunu xatırladaraq hökumətin siyasətinin yarıtmazlığını dəfələrlə diqqətə çatdırıb. Müharibədəki məğlubiyyəti də hakimiyyətin diletantlığı ilə əlaqələndirən bu qadın Qarabağdakı ermənilərin indiki durumunun da günahkarlarının diletant məmurlar olduğunu düşünən Armine Adibekyan ermənilərin növbəti faciələrlə üzləşəcəklərini də istisna etmir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR