Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan feysbukdakı səhifəsində yazıb.
“İndicə bir vətəndaş mənə məlumat verdi ki, onun tanıdığı gənc oğlan küçədə hazırkı baş nazirə “satqın Nikol” dediyi üçün həbs edilib”, - hüquq müdafiəçisi yazıb.
Qeyd edilir ki, hadisə saat 21:00 radələrində, ehtimal ki, Sayat-Nova küçəsində baş verib.
“Vətəndaşın hara aparıldığı ilə bağlı xəbəri olan varsa bizə bildirsin. Bizim belə vətəndaşları sakit buraxmağa haqqımız yoxdur”, - o əlavə edib.("Report")