Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdikdən sonra Xankəndidəki bir qrup quldurlardan ibarət yeni banda formalaşdıran və həmin muzdlu bandaya "arsaxın təhlükəsizliyi və tərəqqisi" kimi gülünc ad qoyan dələduz Ruben Vartanyan dünən sözügedən quldurların "svotkasında" ali icraedici komitənin başçısı seçilib. Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, sözügedən banda Araik Harutyunyanla növbəti görüş keçirmək istəsə də baş separatçı imtina edib və onların qeyri-legitim olduğunu diqqətə çatdırıb. Belə davam edərsə, bandalar arası "razborka" yenə silahların dili ilə aparılacaq.
Nəsib