05.02.2025, 01:00
AZ EN
18.05.2023, 14:30 481

Separatçı separatçını istefaya çağırdı

XƏBƏRLƏR
  • Qarabağdakı separatçı rejimin rəhbərləri arasında olan intriqalar yeni mərhələyə qədəm qoyub. Belə ki, separatçıların "parlamentinin sədri" Artur Tovmasyan psevdo general Samvel Babayana və dələduz biznesmen Ruben Vartanyana verdiyi sözə əməl edərək bu gün Xankəndidə mətbuat konfransında psevdo prezident Araik Harutyunyana birbaşa müraciət edərək onu istefaya verməyə çağırıb.

Bu gün saat 13.52-də "Hraparak"da dərc olunmuş xəbərdə belə deyilir.

A.Tovmasyan Araik Harutyunyana müraciətində bildirib ki, biz heç vaxt bir-birimizin işinə qarışmamışıq. Mən təklif etmişdim ki, Ruben Vartanyan və Samvel Babayan da yeni yaradılmış orqanda təmsil olunsunlar. Niyə olunmayıblar?

Əgər yeni model işləməyibsə, istefa verin ki, yeni əzablarla üzləşməyək.

O, daha sonra əlavə edib ki, əgər A.Harutyunyan istefa verməsə onun etibarsızlıq məsələsi gündəmə gələcək. Psevdo spiker sonda deyib ki, o "prezident" səlahiyyətlərini icra etmək niyyətində deyil və "xalq" etimad etməsə özü də istefa verəcək.

Agentlik separatçılar arasında silahlı toqquşma olacağını da istisna etmir.

N.Qaramanlı

Oxşar xəbərlər