Qarabağdakı erməni əhalinin Azərbaycanın vətəndaşları olaraq təhlükəsiz şəraitdə yaşayacağına əminlik ifadə edən xanım səfir ölkəsinin bölgədə sülhün dayanıqlı olmasını, bu işdə dəstək verəcəyini vurğulaması və s. bu kimi xoşməramlı fikirlər ermənilər tərəfindən narazılıqla qarşılanıb.
İlk kəskin reaksiya isə sabiq vitse-spiker Eduard Şarmazanovdan gəlib. O, deyib ki, belə davam edərsə, biz ölkəmizə Hayastan deyil, türkcə Ermənistan deməyə məcbur olacağıq. O, Paşinyanın hakimiyyəti zorla ələ keçirdiyini və istefasına nail olunacağını bildirsə də bunun necə baş tutacağı barədə sualdan məharətlə yayınıb. Müxbir isə səfiri qınamır, yazır ki, əgər baş nazir Nikol Paşinyan rəsmi olaraq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını bəyan edirsə, bunu dilə gətirən heç bir şəxsi, xüsusilə səfirləri qınamaq mənasızdır. Ən azı ona görə ki, hər bir səfir öz dövlətinin mənafeyini və mövqeyini açıqlamağa borcludur.
Nəsib Qaramanlı